Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.44 $▼0.36%
  • WTI neft101.94 $▲0.59%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.029 $▼1.14%
  • Qızıl4 081 $▲0.61%
  • Gümüş54.04 $▼0.13%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 365 $▲0.70%
  • Ethereum2 363 $▲0.67%
  • S&P 5007 744▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

İnsanın hisslərini mimikasından anlamaq mümkün deyil - ARAŞDIRMA  

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İnsan digər adamın üz ifadəsinə əsaslanaraq onun emosional vəziyyətini təyin edə bilməz.

Busaat.az xəbər verir ki, bunu ABŞ-ın Ohayo Dövlət Universitetinin Kompüter mühəndisliyi kafedrasının professoru Aleks Martines “Daily Mail”ə müsahibəsində bildirib.

Alim belə bir nəticəyə Bostonun Şimal-Şərq Universitetinin psixoloqları ilə birgə apardığı araşdırmaya əsaslanaraq gəlib.

A.Martines deyib ki, insan gülürsə, bu, onun xoşbəxt və ya əksinə, gülmürsə, bədbəxt olduğu anlamına gəlmir: “Bəziləri iddia edir ki, sadəcə üzə baxaraq şübhəlinin cinayətdə günahkar, şagirdin diqqətli olub-olmaması və ya müştərinin məhsulu almaqdan məmnun qalıb-qalmamasını təyin edə bilərlər. Tədqiqatımız bu fikrin tamamilə cəfəngiyyat olduğunu göstərdi”.

Alim keçirilən eksperimentdən də bəhs edib. Komanda ilə birgə eksperimentdə iştirak edən könüllülərə qışqıran insan üzünün alt qisminin şəklini göstəriblər. Bir çoxu qarşıdakının qıcıqlandırılmış kişi olduğunu sanıb, ancaq əslində bu, qol sevincini yaşayan futbolçu olub.

A.Martines və qrupun elmi işində mimikanın bildiyimizdən daha mürəkkəb olması qeyd edilib. Xüsusilə eyni mimika bir neçə emosiya əlamətlərini özündə ehtiva edə bilər. Bundan başqa, üz əzələlərinin hərəkət xarakteri mədəni mühit və insanın şəxsi keyfiyyətlərindən asılı ola bilər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=4693