“Instagram” yetkinlərin uşaqların şəxsi mesaj bölməsinə yazmasına qadağa qoyub.
Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.
Bildirilir ki, sosial şəbəkə 18 yaşından kiçik şəxsləri şübhəli tiplərin xoşagəlməz diqqətindən qorumaq istəyir. Yetkin istifadəçi yeniyetmə ilə özəl ünsiyyət qurmağa çalışarsa, bildiriş alacaq.
İstisna ancaq yeniyetmənin digər şəxsin hesabına üzv olması halları sayılacaq.
Bundan başqa, ünsiyyət qurulan yetkin insanda potensial şübhəli davranışlar olacağı halda sosial şəbəkədən yeniyetməyə xəbərdarlıq ediləcək.
“Instagram” uşaqların yaşını çox göstərib yalan qeydiyyat aparmasına diqqət yetirib. Bu səbəbdən yenilikdən sonra yalnız qeydiyyat zamanı verilən məlumatlara deyil, həmçinin maşın öyrənməsinə (süni intellektin bir sahəsidir) etibar ediləcək.