“Atam anamı öldürdü” deyən azyaşlı sığınacağa verilir? – Qatil polisin uşaqları ilə bağlı müraciət

image-usaqbackend
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində ötən gün baş verən qətlin müzakirəsi bitmək bilmir. Xüsusilə Nizami Rayon Polis İdarəsinin əməkdaşı İsmayıl Məmmədovun xidməti silahla həyat yoldaşı Xanıım Məmmədovanı azyaşlı uşaqlarının gözü qarşısında qətlə yetirməsi ciddi rezonans doğurub. 
Qanlı olaydan sonra “atam anamı öldürdü” deyən, polis şöbəsinin qarşısında var-gəl edən 7 yaşlı azyaşlının psixoloji travma alması və reablitasiyadan keçməsinin vacibliyi gündəmə gəlib.
Bizim.Media-ya bu barədə danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib ki, hər iki azyaşlının reablitasiyanın həyata keçməsi üçün şifahi olaraq Daxili İşlər Nazirliyinə və Respublika Prokurorluğuna müraciət edib.
“Bunun mexanizmi icra hakimiyyətinin sərəncamı əsasında olmalıdır. Psixoloji rəy verilməli və o uşaqlarla iş aparılmalıdır. 6-7 və ya 3 yaşlı uşağın gözü qarşısında ana öldürülürsə, əlində torba polis şöbəsinin qabağında o tərəf – bu tərəfə gedirsə, təsəvvür edirsiz ki, bu necə böyük travmadır? Ailə və yaxınları bu gün şok vəziyyətindədir. Amma heç kim uşağın içində nə yaşadığını dərk eləmir. Görün, o ölüm travması azyaşlını hansı nəticələrə gətirib çıxaracaq. Onların harada yerləşdirilməsindən asılı olmayaraq travmaları aradan qaldırılmalıdır. Çünki zorakılıq və şiddət görmüş bir uşaq cinayətin tam qapısındadır”.
Hüquq müdafiəçisi hesab edir ki, uşaqların mühiti tez bir zamanda dəyişməlidir:
“İndi o uşaqlar öz evlərində yaddırlar. Gedən bütün söhbətləri eşidirlər. Baş verən neqativləri, yalanları, doğruları o uşaqlar dinləməməlidirlər.
Həmin uşaqların rəhbəri olduğum sığınacaqda yerləşdirilmələri üçün Nizami Rayon İcra Hakimiyyətinə müraciət edəcəyəm. Çünki bunun üçün qurumun müvafiq sərəncamı olmalıdır. Əlbəttə ki, qohumlar buna razı olmayacaqlar və sanki uşaqların onların əlindən alınması ilə bağlı assosasiya yaranacaq. Heç kimin o uşaqları əldən almağa fikri yoxdur. İlk növbədə azyaşlıların reablitasiyadan keçmələri üçün dəstəyə ehtiyacları var”.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki