Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 640 $▼0.15%
  • Ethereum2 223 $▼0.61%
  • S&P 5007 377▲0.27%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

İnternetə qoyulan məhdudiyyət ləğv olunacaq? - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycan və Ermənistan arasında bu gün qüvvəyə minmiş atəşkəs humanitar məqsədlidir, yəni müvəqqətidir. İki ölkənin informasiya savaşı isə davam edir”.

Bunu “Report”a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib.

Nazirlik rəsmisi bu barədə sentyabrın 27-dən ölkə üzrə internetin verilməsinə tətbiq edilmiş məhdudiyyətin ləğvi imkanlarına münasibət bildirərkən danışıb.

“Bildiyimiz kimi, Azərbaycan ərazisində internet var, sadəcə Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması üçün məhdudiyyət tətbiq edilib. Hələ ki, məhdudiyyətin ləğvinə dair yeni qərar yoxdur, veriləcək istənilən qərar ictimaiyyətə mətbuat vasitəsilə açıqlanacaq”, – deyə o, qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=20845