İqlim dəyişikliyi: BMT ciddi xəbərdarlıq edir – ARAŞDIRMA

image-17457421961190013983backend

BMT-nin yeni qiymətləndirməsinə görə, qlobal temperaturun artımının əsas həddini 1,5C-dən aşağı saxlamaq üçün “etibarlı yol” yoxdur.

Busaat.az-ın xəbərinə görə, alimlər hesab edir ki, temperaturun 1.5C-dən kənara çıxması bütün dünyada insanlar üçün təhlükəli təsirlərə səbəb olacaq.

Alimlər və diplomatlar arasında bu bədbin əhval-ruhiyyə BMT-nin emissiya boşluqları ilə bağlı araşdırmasının bugünkü nəşrində vurğulanıb.

Artıq on üçüncü ildir ki, hesabat ritorika ilə reallıq arasındakı uçurumu təhlil edib. Bu təhlil 1.5C həddinin indi ciddi təhlükə olduğu qənaətinə gəlib.

Təhlil göstərir ki, karbon qazını azaltmaq üçün yeni səylər 2030-cu ilə qədər qlobal emissiyalarda 1% azalma göstərəcək ki, bu yetərli deyil. Elm adamlarının fikrincə, 1.5C-ni saxlamaq üçün 45% azalma lazımdır.

Araşdırma göstərir ki, temperatura təsir edən mövcud addımlar nəticəsində 21-ci əsrdə dünya təxminən 2,8 dərəcə istiləşəcək. Əgər ölkələr maliyyə dəstəyi alsalar və qurduqları planları həyata keçirsələr, bu, 2.4C ilə məhdudlaşdırıla bilər.

Araşdırmanı hazırlayan UNEP-in icraçı direktoru İnger Andersen, “Bizim uğurlu dəyişikliklər etmək şansımız var idi, lakin bu vaxt bitdi. Yalnız iqtisadiyyatlarımızın və cəmiyyətlərimizin köklü transformasiyası bizi iqlim fəlakətinin sürətlənməsindən xilas edə bilər” -deyə, vurğulayıb.

BMT etiraf edir ki, tullantıların kütləvi şəkildə azaldılmasına nail olmaq indi böyük vaxt aparacaq. Lakin o, elektrik enerjisi, sənaye, nəqliyyat və s. digər bu kimi sahələrin istifadəsində mədən yanacaqlarından uzaqlaşaraq sürətli transformasiyaların həyata keçirilməsini mümkün görüb.

Xanım Anderson qeyd edib: “Biz getdiyimiz yerdə iqlim dəyişikliyinin əleyhinə addımları özümüzlə aparmalıyıq. Sinif otaqlarına, iclas otaqlarına, səsvermə kabinəsinə, yemək masasının üstünə, ümumiyyətlə hər yerə… Biz iqlim dəyişikliyinə imkan verə bilmərik”.

Böyük Britaniyada deputatlardan ibarət iqlim komitəsi qeyd edir ki, hökumət istiləşən iqlimin yaratdığı kritik infrastruktur riskini indidən ələ almalıdır.

Milli Təhlükəsizlik Strategiyası üzrə Birgə Komitənin hesabatında kəskin hava şəraitinin nəqliyyat və rabitə vasitələrini alt-üst edəcəyi barədə nümunələr hazırlanıb.

Bu nümunələrə 2020-ci ilin avqustunda şiddətli yağışdan sonra Şotlandiyada qatarın relsdən çıxması nəticəsində üç nəfərin ölümü və 2021-ci ilin noyabrında Arven qasırğası zamanı təxminən 1 milyon insanın elektrik enerjisindən məhrum olması daxildir.

Birgə Komitənin sədri, millət vəkili Dame Margaret Beckett qeyd edib: “Məni ən çox narahat edən şey, hökumətdəki hər hansı bir şəxsin mövcud risklərə diqqət yetirdiyinə dair sübutların olmamasıdır. İnfrastrukturumuzun ekstremal hava şəraitinə və iqlim dəyişikliyinin digər təsirlərinə davamlı olması istiqamətində addım atan heç bir nazir yoxdur”.

Bu həftə dərc olunan bütün hesabatlar iqlimlə bağlı irəliləyişin olmadığını vurğulasa da, qaranlıqda bəzi güclü müsbət cəhətlərin mövcudluğu da diqqətdən qaçmayıb. İqlim Fəaliyyətinin Durum araşdırması nəqliyyatda dayanıqlı səyahətə keçidin uğurla davam etdiyini söyləyib. Buna görə, Qlobal olaraq, 2021-ci ildə satılan avtobusların demək olar ki, yarısı akkumulyatorlu elektrik və ya yanacaq hüceyrəli elektrik mühərrikləri ilə təchiz edilib.

Minik avtomobillərinin satışında elektriklə işləyən avtomobillər əvvəlki ilə nisbətən iki dəfə artaraq indi yeni avtomobillərin demək olar ki, 9%-ni təşkil edir. Bu, Beynəlxalq Enerji Agentliyinin bu gün dərc etdiyi “Dünya Enerji Baxışı”nda da öz əksini tapıb.

Həmçinin, Ukraynada müharibənin səbəb olduğu enerji böhranının daha təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidi sürətləndirmək potensialına malik dəyişikliklərə səbəb olduğu iddia edilib.

Hesabatda ABŞ, Yaponiya, Koreya və Aİ ölkələrində bir sıra yeni siyasi addımların atılacağı da qeyd edilib. 2030-cu ilə qədər təxminən 2 trilyon dollar həcmində təmiz enerji sərmayələrinə investisiya qoyulacağı və bu gündən etibarən bu istiqamətdə addımların 50%-dən çox artım göstərəcəyi qeyd olunub.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki