İqtisadiyyat nazirinin müavini Çin nümayəndəsi ilə görüşüb  

image-67921c28-7b3a-32e6-8a54-0c3abc1529bb_850backend

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Çin Xalq Siyasi Məşvərət Konfransının Quandonq Əyaləti Komitəsinin sədri Lin Kıçinq ilə görüşüb.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Qeyd olunub ki, Çinlə iqtisadi-ticarət, həmçinin investisiya əməkdaşlığı güclənir. Ölkədə sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət sahələri üzrə 320-dək Çin şirkəti fəaliyyət göstərir. Çin şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə aktiv iştirak edir. Bununla belə, işbirliyi potensialı genişdir.

image-e26548c8-beaf-3855-a056-27e0d6bbc17f

Ölkənin əlverişli işgüzar mühiti, qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı istiqamətləri haqqında məlumat verilib. Çinlə, o cümlədən, bu ölkənin Quandonq əyaləti ilə müxtəlif istiqamətlər üzrə iqtisadi tərəfdaşlıq üçün geniş potensial diqqətə çatdırılıb.

Tərəflər ticarət, sənaye, investisiya, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafını müzakirə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki