İradə və gücü ilə  Azərbaycanın qələbəsi…

image-ilham-eliyev1backend

“Ermənistan təxribatlarına cavab olaraq lokal xarakterli antiterror tədbirləri  başlanıldı və Ermənistana yenidən  göstərildi ki, onların istənilər təxribatına Azərbaycan cavab verəcək gücə malikdir. Bu tədbirlərin uğurla başa çatması  nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir.  Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev xalqa müraciət etmişdir.

Cənab Prezident xalqa müraciəti zaman erməni təxribatlarından, terrorlarından, mina  qurbanlarından söz açmış, bu minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu qeyd etmişdir. “Yəni, bu, bir daha onu göstərir ki,  İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını keçirmək üçün bu minalar gətirilmişdir”,- deyə Prezident İlham Əliyev vurğulamışdır.

Bunu da qeyd etməliyəm ki, Azərbaycan multikultural ölkədir. Bunu Prezident İlham Əliyevin xalqa müracətin də aydın görə bilərik. Beləki, Cənab Prezident İlham Əliyev Qarabağ bölgəsində yaşayan erməni xalqının bütün hüquqlarının-təhsil, mədəniyyət, din, munisipal seçki hüquqlarının təmin ediləcəyini söyləmişdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsinə biz bu münasibəti göstəririk və bu danılmaz bir faktdır. Multikultural münasibət artıq bizim həyat tərzimizə çevrilmişdir. Azərbaycan sülhsevər ölkədir, Azərbaycan xalqında iradə və güc amili birləşmişdir!  Bu sözlərimə İlham Əliyevin dəyərli sözləriylə bir daha aydınlıq gətirmək istəyirəm: “Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgiləndiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil – Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar”

Prezident İlham Əliyevin çıxışı bir daha Azərbaycanın gücünü dünyaya göstərdi. Azərbaycan  iradə və gücü ilə torpağına göz dikənlərə hər zaman layiqli cəzasını verəcəkdir! Bunu heç vaxt heç kim unutmasın Qarabağ Azərbaycandır!”

Məmişova Nənəxanım, Bakı Qızlar Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki