Bu gün İran əsilli Almaniya vətəndaşı Nahid Təqvi İslam Respublikası həbsxanasında dörd il həbsdən sonra azadlığa buraxılıb.
Nahid Təqvinin qızı Məryəm Klaren bununla bağlı paylaşım edərək yazıb ki, “Bitdi. Anam azadlığa buraxılıb”. Busaat.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok isə “X” hesabında yazıb: “Nahid Təqvinin nəhayət ailəsini qucaqlaya bilməsi böyük sevincdir”.
Qeyd edək ki, Almaniya vətəndaşı 69 yaşlı Nahid Təqvi 2019-cu ilin oktyabrında Tehrandakı evində SEPAH qüvvələri tərəfindən saxlanılıb və 7 aydan çox təkadamlıq kamerada tutulub.
İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb
Loading...