İranda baş verən 5 bal gücündə zəlzələbir neçə kənddə dağıntılara səbəb olub.
“Busaat.az” xəbər verir ki, İran Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Rəzəvi Xorasan əyalətinin Roşthar rayonu olan zəlzələ 10 kilometr dərinlikdə baş verib.
Rezevi Xorasan vilayətinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən verilən açıqlamada zəlzələdə bəzi kəndlərdə kiçik dağıntıların olduğu, 23 nəfərin yüngül xəsarət aldığı bildirilib.
Şövkət Əliyeva
Busaat.az