Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.76 $▼1.91%
  • WTI neft90.66 $▼0.86%
  • Avropa qazı (TTF)85.05 €▼5.12%
  • Təbii qaz (ABŞ)2.986 $▲1.01%
  • Qızıl4 055 $▲0.03%
  • Gümüş51.79 $▲0.47%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda596.50 ¢▲0.21%
  • Bitcoin75 503 $▼0.61%
  • Ethereum2 226 $▼0.41%
  • S&P 5007 428▲0.96%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

İranın Ermənistandakı səfiri: “Tehran Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən geri çəkilməyəcək”

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İranın Ermənistandakı səfiri yenidən Zəngəzur dəhlizi ilə bağlı qərəzli çıxış edib.
Busaat.az xəbər verir ki,  Mehdi Sübhani deyib: “İran “Zəngəzur dəhlizi” ilə bağlı qəti mövqelərindən geri çəkilməyəcək və bununla bağlı heç bir sövdələşməyə getməyəcək.
İran regionda yeganə ölkədir ki, Zəngəzur dəhlizində mövqeyi Ermənistanın mövqeyi ilə üst-üstə düşür. İran bu məsələdə Ermənistanı dəstəkləyir, çünki bu məsələ hər iki ölkə üçün zərərlidir.
Biz Rusiya və digər ölkələrə öz mövqeyimizi açıq şəkildə bildirmişik. Biz Zəngəzur dəhlizinin arxasında dayanan məntiqə qarşıyıq, beynəlxalq nəzarət altında olan istənilən yola qarşıyıq və sərhədlərin dəyişdirilməsinə səbəb olacaq hər şeyi rədd edirik.
Biz bunu açıq şəkildə bəyan etmişik və bu məsələdə başqa ölkələrin mülahizələrini nəzərə almırıq.
İran Cənubi Qafqazda kommunikasiyaların açılmasının əleyhinə deyil, lakin bu, ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında baş verməlidir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=158313