“İrəvan Avtobus” QSC-nin sürücüləri tətil elan edib və bu gün işə çıxmayıblar.
Busaat.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, onlar iş şərtlərinə və əmək haqqına yenidən baxılmasını tələb edirlər.
Eyni zamanda, İrəvanın müxtəlif inzibati rayonlarındakı dayanacaqlarda növbələr yaranıb, vətəndaşlar nəqliyyatı uzun müddət gözləyirlər.
Paytaxt meriyası problem barədə məlumatlı olduqlarını və tezliklə bəyanatla çıxış edəcəklərini bildirib.
Qeyd edək ki, oxşar hadisə bu ilin may ayında baş vermişdi. Sürücülər “İrəvan Avtobus” QSC-nin direktor səlahiyyətlərini icra edən Samvel Nazaryanın addımlarına və bir neçə əməkdaşın işdən azad edilməsinə qarşı çıxmışdılar. O zaman meriya bunu islahatları sabotaj etmək cəhdi adlandırmışdı.