Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsindən bu yaxınlarda azad edilmiş polkovnik Nəriman Cabbarova yenidən yüksək vəzifə verilib.
Busaat.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Əmrə əsasən, polkovnik Nəriman Cabbarov Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, polkovnik Cabbarov hazırda həbsdə olan general-mayor Nizami Məmmədovdan sonra MN-nin Maliyyə və Büdcə İdarəsinin rəisi işləyib.