“Müstəqil Azərbaycan nailiyyətləri ilə dünya birliyində sayılıb-seçilən, təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə bütün bəşəriyyətə fayda verən dövlətlər sırasındadır. Müasir Azərbaycan dünyada geosiyasi və geoiqtisadi əhəmiyyətilə seçilən transmilli layihələr reallaşdıran ölkə kimi də tanınır. Təkcə Cənubi Qafqaz bölgəsini deyil, ümumilikdə, böyük coğrafiyanı əhatə edən, hətta Avrasiya geosiyasi məkanda təhlükəsizlik və əməkdaşlıq münasibətlərinə töhfəsini verməklə diqqəti çəkir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu günə qədər yüksək səviyyədə həyata keçirilən digər dövlət proqramları kimi “Böyük Qayıdış” Proqramı da uğurla icra olunur. Sözügedən Dövlət Proqramı həm də Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali Baş Komandanın ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, əməli təzahürü və prosesin realizəsinin praktiki planıdır.
Bu gün böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri sürətlə gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Zəngilanda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasiminin baş tutması və insanların öz doğma yurdlarına geri dönmsəi “Böyük Qayıdış”ın daha da sürətləndiyini təadiq edir. Böyük Qayıdışın ilk müjdəsi olan Zəngilanın Ağalı kəndində istifadəyə verilmiş “Ağıllı kənd”də yaradılmış bütün zəruri infrastrukutlar, sosial obyektlər, müxtəlif xidmət və təminat sahələri burada yaşayan insanların iş yerləri ilə təmin edilməsində də mühüm rol oynayır.
Bu ərazidə yeni müəssisə və xidmət sahələrinin yaradılması, kənd təsərrüfatı və emal obyektlərinin icrası bölgədə iqtisadi fəallıq üçün əlverişli imkanlar deməkdir. Bu müəssisələrdə çalışan insanlar, sahibkarlıqla məşğul olanlar istehsal, emal və satış şəbəkəsi qurmaqla həmin ərazinin, Zəngilanın iqtisadi inkişafına və ümumilikdə ölkəmizin iqtisadiyyatına töhfə verəcəklər.“Qarabağ və Şərqi-Zəngəzur bölgəsi böyük sənaye və aqrar potensila malikdir. Bu ərazilərdə müasir sənaye komplekslərinin yaradılması işləri start götürüb. Cəbrayılda yeni fəaliyyətə başlayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ilk xarici investorlar qeydə alınıb. Həmçinin, Ağdam Sənaye Parkının təməli qoyulub. Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir”.
Aysel Məmmədova, Nəsimi rayon sakini