İşğaldan azad olunan torpaqların bərpa dövrü: “Hər şəhərin ayrıca planı hazırlanmalıdır

İşğaldan azad olunan torpaqların bərpa dövrü: “Hər şəhərin ayrıca planı hazırlanmalıdırbackend

“Ən azı iki şəhərdə tanınmış xarici universiterlərin filialları açılmalıdır”.

Busaat.az xəbər verir ki, bunu işğaldan azad edilən torpaqların bərpası üçün gələn il 2,2 milyard manat pul ayrılacağına münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, ayrılan vəsait əsasən minalardan təmizləmə, işğaldan azad edilmiş 127 km İran, 400 km-dən çox Ermənistan sərhəddinin yenidən təsis edilib mökəmləndirilməsinə, ilkin infrastruktur (yol, elektrik, qaz, su) layihələrinə xərclənəcək:

“Gələn il şəhər və qəsəbələrin bərpası hələ nəzərdə tutulmur. Təkcə Şuşada bəzi bərpa işlərinin olması gözlənilir. Ümumilikdə ərazilərin bərpa planı bütöv olmalı, kompleks yanaşma ilə tərtip edilməlidir. Yəni, hər şəhərin ayrıca planı olmaqla yanaşı, ərazilərin tamamını əhatə edən uzlaşdırıcı və bağlayıcı məqamlar olmalıdır. Bərpa planının ən son aşaması arxitekturadır. Hər şəhərin iqtisadi və sosial rolunun nədən ibarət olacağı müəyyənləşəndən sonra arxitektura planlamasına keçmək olar”.

Natiq Cəfərliyə görə, kiçik kəndlərin hər birinin bərpasına ehtiyac yoxdur. İşğaldan azad edilən hər bir rayon mərkəzindən başqa, rayonun ərazisində 5-10 arası iri qəsəbələrin yaradılması ilə bağlı qərar verilməli, onların yeri hərbi-strateji, sosial-iqtisadi və resurslara çıxış imkanı olan infrastrukturun asan yaradılması kriterlərinə görə seçilməlidir:

“İqtisadi bağlar mütləq əvvəlcədən düşünülməlidir. Məsələn, Ağdamda aqrar emal müəssisələri olacaqsa, onların xamalı Füzulidən, Cəbrayıldan, Hadrutdan gəlməlidir. Eyni zamanda hər bir bərpa olunan şəhərin öz missiyası olmalıdır. İki şəhər elm-təhsil mərkəzi olacaqsa, Şuşa mədəniyyət paytaxtı, məsələn, Cəbrayıl yerli “Las-Vegas”, Qubadlı və Kəlbəcər eko-turizm və sağlamlıq mərkəzi ola bilər.

Bütün şəhər və qəsəbələr 21-ci əsr vizionu ilə salınmalıdır. Hər bir şəhər və qəsəbədə iqtisadi fürsətlər üçün tam münbit şərait olnalıdır ki, əhalinin köçməsinin bir mənası və əsası olsun. Fərdi evlərin tikintisinə 0%-li kreditlər olmalı, hər bir fərdi ev avtonom bərpa olunan enerji mənbəyinə malik olmalıdır, damlarda günəş panelləri quraşdırılmalı, bunun infrastrukturu yaradılmalı, artıq qalan enerjini dövlət fiksə edilmiş qiymətlərlə alacağı zəmanətini verməlidir. İnvestorlar üçün 7 illik 0% vergi zəmanəti öncədən qanun şəklində qəbul edilməlidir”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki