İşğaldan azad olunmuş ərazilərə 2,2 milyard ayrılacaq

İşğaldan azad olunmuş ərazilərə 2,2 milyard ayrılacaqbackend

Ermənistanın hərbi işğalı nəticəsində ölkə iqtisadiyyatına ciddi ziyan vurulub, sosial iqtisadi obyektlər məhv edilib və Azərbaycan xalqının bir çox tarixi, maddi-mədəniyyət abidələri dağıdılıb.

Busaat.az xəbər verir ki, bu məqsədlə 2021- ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki