İsmayıl Vəliyev azadlığa buraxıldı

image-nocomment_086df7f138215a594af96f04831c8229_14a2qhwvzer83sxg5mlf-637x336backend

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.

Busaat.az-ın xəbərinə görə, amnistiya aktı ona da şamil edilib.

İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev mənimsəmə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı. (Qafqazinfo)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki