İsmayıllıda qəza: Bir ailənin üç üzvü yaralandı

image-yrl99backend

İsmayıllıda avtomobil aşıb, bir ailənin üç üzvü yaralanıb.

Busaat.az xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, “Hyundai Tucson” markalı avtomobil qəfil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan rayonun İstisu sakinləri – 22 yaşlı Amil Füzuli oğlu Alışanov, 65 yaşlı Eldar Sadiq oğlu Osmanov və 58 yaşlı Nəcibə Eldar qızı Alışanova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.Report

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki