İspaniya nəhəngindən Ronaldoya TƏKLİF!

image-ronabackend

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kristiano Ronaldo bu ölkədə xoşbəxt olmadığı üçün mövsümün sonunda komandadan ayrılmaq niyyətindədir.

Offsideplus.az “NTV Spor”a istinadla xəbər verir ki, Madrid “Real”ı Avropaya qayıtmaq istəyən portuqaliyalı ulduz üçün təklif göndərib. Bildirilir ki, İspaniya nəhənginin prezidenti Florentino Peres Ronaldonun kluba futbolçu kimi yox, komandanın səfiri kimi qayıtmasını istəyir. 38 yaşlı futbolçunun bu təklifə necə cavab verəcəyi maraq doğurur. Ronaldo təklifi qəbul edərsə, futbolçu karyerasına son qoymalıdır.

Qeyd edək ki, Kristiano Ronaldonun Avropaya qayıtmaq istədiyi irəli sürülür.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90