Məzmuna keç
  • Azeri Light122.28 $▼2.47%
  • Brent neft113.61 $▲1.37%
  • WTI neft104.32 $▲1.11%
  • Avropa qazı (TTF)102.79 €▲5.41%
  • Təbii qaz (ABŞ)2.895 $▼0.07%
  • Qızıl3 984 $▼0.49%
  • Gümüş50.45 $▼1.72%
  • Pambıq78.39 ¢▲0.22%
  • Buğda605.75 ¢▼0.16%
  • Bitcoin77 662 $▼0.17%
  • Ethereum2 245 $▼0.16%
  • S&P 5007 720▼0.36%
17°Bakı
  • USD1.6994▲0.0003
  • EUR1.8932▲0.0020
  • 100 RUB2.1093▲0.0012
  • GBP2.2639▲0.0059
  • TRY0.0341
  • AED0.4627
  • CNY0.2545▲0.0002
  • GEL0.6550
  • 100 KZT0.3742▲0.0014
  • UAH0.0373
  • 100 JPY1.0759▼0.0002
  • CHF2.0515▲0.0048
  • USD1.6994▲0.0003
  • EUR1.8932▲0.0020
  • 100 RUB2.1093▲0.0012
  • GBP2.2639▲0.0059
  • TRY0.0341
  • AED0.4627
  • CNY0.2545▲0.0002
  • GEL0.6550
  • 100 KZT0.3742▲0.0014
  • UAH0.0373
  • 100 JPY1.0759▼0.0002
  • CHF2.0515▲0.0048
Dünya

“İsrail İranın nüvə obyektlərinə hücum planlarını yeniləyir” – Benni Qants

image-israil-iran1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İsrail Müdafiə Qüvvələri (IDF) İranın nüvə obyektlərinə zərbə planlarını yeniləyir”.

Busaat.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Benni Qants “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, İranın nüvə obyektlərinə zərbə endirmək üçün hərbi planları hücumlar başlayana qədər son formanı almayacaq.

“O vaxta qədər onları yaratmağa, inkişaf etdirməyə və mümkün qədər yüksək peşəkar səviyyəyə çatdırmağa davam edəcəyik. Dünya İranı dayandırmalıdır. Əks təqdirdə, İsrail müstəqil şəkildə hərəkət etməli və tək başına müdafiə olunmalıdır”,- deyə Qants qeyd edib.

Onun sözlərinə görə, Livanın “Hizbullah” qruplaşması yüz minlərlə raketə sahibdir.

Eyni zamanda İsrail müdafiə naziri efir zamanı qruplaşmanın obyektləri ilə əlaqəli bir xəritəni də göstərib.

Qeyd edək ki, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aviv Koxavi bu il yanvarın 27-də İranın nüvə proqramının qarşısını almaq məqsədilə yeni əməliyyat planlarının hazırlaması barədə təlimat verdiyini açıqlamışdı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=38972