Havalar isindikcə və təbiət çiçəkləndikcə İstanbul cazibədar bahar parıltısına bürünür. İstanbulda bahar günəşi, mülayim meh və ətirliçiçəklərlə bərabər sürprizlər gətirir. Lalələrlə bəzədilmiş TarixiYarımadanı kəşf etməyin, çiçək açan qırmızı tumurcuqların,lavanda rənginə bürünmüş Boğazın mənzərəsini dadmağın əslvaxtıdır. Elə isə İstanbulda baharı vurğulayan bəzi gözəlmarşrutları birlikdə araşdıraq…
Möhtəşəm Bahar Mənzərələri
Bosfor boğazı, şübhəsiz ki, Asiya və Avropanın kəsişməsindəİstanbulun ən gözəl görməli yerlərindən biridir. Bu parıldayan suyolu boyunca qayıq turlarında, Boğaziçi sahilini əhatə edən tariximalikanələri, əsrlər boyu davam edən hekayə və möhtəşəmmənzərəsi ilə məşhur olan villaları seyr edərkən mövsümünqoxuları və rənglərindən zövq alacaqsınız. Eminönü və Üsküdarkimi sahil məhəlləsindən Boğaziçi turu, İstanbulun çiçəkləri kimitanınan qırmızı tumurcuqların şəhəri canlı çəhrayı və bənövşəyirənglərə bürüyür. Şəhərin ən ikonik tikililəri arasında olanİstanbulun mərtəbəli qüllələri həm də heyrətamiz siluetmənzərələri üçün ideal yer təklif edir. Yenidənbərpa işləribitdikdən sonra muzey kimi fəaliyyət göstərən Qız Qalası buölməz şəhərin Boğaziçi nöqteyi-nəzərindən ən udulumaz vəheyrətamiz mənzərələrini bəxş edir. Karaköydə, məşhur memarRenzo Piano tərəfindən layihələndirilmiş binada qurulan İstanbul Modern isə nəfəs kəsən Boğaza və Tarixi Yarımada mənzərəsinitəqdim edir. Qeyd edək ki, dramatik İstanbul Modern Muzeyidünyanın aparıcı memarlıq platformalarından biri olan ArchDailytərəfindən mədəni memarlıq kateqoriyasında “İlin binası” seçilib.
Lalələr və Mimozalar Festivalı
Şahzadə Adaları İstanbulun bahar mənzərələrindən zövq almaqüçün başqa bir məşhur məkandır. İstanbulun Asiya tərəfindəyerləşən Şahzadə Adaları, mimoza ağacları ilə kölgələnmiş yaşıltəpələri, dolambaçlı küçələri, tarixi malikanələri və rakı-balıq-meze konseptli meyxanaları ilə ruhunuzu oxşayacaq gözəl həyat, şəhərdən gəmi vasitəsilə asanlıqla ziyarət edə biləcəyiniz qısa birməsafədədir. İstanbulun bəlkə də ən möhtəşəm bahar mənzərəlibölgələrinə Gülhane parkından Emirgan bağına və Fethipaşabağından Soğanlı Nebatat Parkına kimi çoxsaylı park və bağlarxıda əlavə etmək olar.
Kəşf edilməyi gözləyən İstanbul xəzinələri
Minilliklərə söykənən tarixi ilə İstanbul səyahətçiləri ilk baxışdanovsunlayır. Monumental tikililəri və yeni attraksionları ilə buqocalmayan şəhərin ziyarətçiləri üçün hekayələri heç vaxttükənmir. Canlandırılan məkanları, məşhur memarların imzasıolan muzeylər, fərqli sərgilər, bərpa olunan və yenidən açılan tarixibinalar və İstanbulun əfsanəvi yemək mədəniyyəti… İstanbuldavaxtınız məhdud olsa belə, şəhərin qəlbi olan Tarixi Yarımadayabaş çəkməyi məsləhət görürük. Ayasofyadan Kapalı Çarşıya, Yerebatan Sarnıcından Topkapı Sarayına qədər kəşf ediləcək o qədər çox yer var ki! İstanbulda görməli olduğunuz başqa birmarşrut Karaköydən Taksim Meydanına, memarlıq möcüzələri iləbəzədilmiş yoldur. Bu səyahətinizdə siz, şəhərin dinamizmini vəonun canlı küçələrinin yaz günəşi altında təbiətlə birlikdə necəçiçək açdığının şahidi olacaqsınız.
Dadlı kəşflər
Mövsümi ləzzətlər yazda İstanbulu ziyarət etmək üçün daha birsəbəbdir. Mətbəxlərdə ənginar, bamya, çiyələk, gavalı və digər yazmeyvə- tərəvəzləri və, zolaqlı kefal kimi mövsüm balıqlarısüfrələri bəzəyir. Qastro-şəhər olaraq İstanbul küçə yeməklərindəntürk və dünya mətbəxinin ən yaxşı nümunələrinə, qeyri-adikafelərdən tutmuş Michelin Ulduzlu restoranlara qədər bunemətdən həzz almaq üçün müxtəlif yollar və məkanlar təklif edir. Səyahətinizdə mövsümi yerli inqrediyentlər və çoxəsrlikreseptlərlə hazırlanan İstanbulun kulinariya müxtəlifliyininləzzətlərinin dadını çıxarın.