İsveç qarışdı, siyasi partiyalar bir-birinə qarşı çıxdı

image-isvec-1984016_2backend

Türkiyə ilə İsveç arasında münasibətlər bu ölkədə baş verən təxribatlar səbəbindən gərgin dövr yaşayır.

Busaat.az xəbər verir ki, İsveç baş nazirinin təxribatları həyata keçirənləri “faydalı axmaqlar” adlandırması ölkədə müzakirələrə  səbəb olub  və siyasi partiyalar bir-birinə qarşı çıxmağa başlayıb.

İsveç Sosial Demokrat Partiyasının lideri və keçmiş baş nazir Maqdalena Andersson İsveçin dövlət televiziyası SVT-yə danışıb.

Hökumətin hesabatına görə, nifrət cinayətlərində ən böyük hədəf müsəlmanlardır.

O, İsveç Demokratlar Partiyasını hədəfə alıb. O, partiyanın Qurana hücumu qanuniləşdirmək cəhdinə reaksiya verib.

“Əgər Quranı təhrif edilmiş bir əhval-ruhiyyədə yandırsanız və onu təşviq etsəniz, İsveçlə İslam dünyası arasındakı yaxşı münasibətləri korlamaq istəyən güclər üçün faydalı bir axmaq olarsınız”, – deyə bildirib

O bildirib ki, İsveç NATO ilə bağlı mühüm prosesdən keçir . O, ictimaiyyəti bu prosesə kömək etməyə çağırıb.

İfrat sağçı İsveç Demokratlar Partiyasının lideri Cimmi Akesson isə Anderssonun partiyasını günahlandırıb.

“PKK və digər terror təşkilatları ilə Sosial Demokrat Partiyası bir-birinə qarışıb” deyən Akesson  NATO prosesində ən böyük maneənin bu olduğunu vurğulayıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90