İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin yandırılmasına qarşı çıxan şəxsə polis müdaxilə edib.
Busaat.az xarici mənbəyə istinadən xəbər verir ki, Pakistan Səfirliyinin qarşısında İraq əsilli Salman Momika tərəfindən Qurani- Kərimin yandırıldığını görən pakistanlı Malik Şahza ona etiraz edib.
Bu zaman polis Şahzanı susdurub və ərazidən uzaqlaşdırıb. O, qısa müddətə saxlanılıb. Sərbəst buraxıldıqdan sonra Şahza Qurani-Kərimə hücumların ona mənfi təsir etdiyini deyib.
Aksiyadan sonra Momika zirehli polis maşını ilə hadisə yerini tərk edib. Onu 20 polis maşını və təxminən 100 polis müşayiət edib.