İsveçrədə bir sərnişin 3 kilodan artıq qızılı qatarda unutdu

İsveçrədə bir sərnişin 3 kilodan artıq qızılı qatarda unutdubackend

İsveçrədə Qallen-Luzern istiqamətində gedən qadarda sərişinlərdən biri 3 kiloqramlıq qızılla dolu kisəni unudub.

Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ötən ilin oktyabrında baş verib.

Sahibi tapılmadığından İsveçrə polisi elan paylaşıb. Təxminən 323 min manat dəyərində olan zinət əşyaları ilə dolu çamadanın boş vaqonların birində tapıldığı qeyd olunub.

Çantanın sahibinin 5 il ərzində Luzern Baş Prokurorluğuna müraciət edərək qızılı götürə biləcəyi bildirilib.

Hakimiyyət orqanlarının həmin şəxsin ortaya çıxacağı təqdirdə qiymətli metalı qaytarmaq üçün qızılın ona məxsus olub-olmadığını necə yoxlayacağı məlum deyil.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90