İtaliyanın baş naziri Meloni Fransa prezidenti Makronla telefonda danışıb

image-meloni-makronbackend

İtaliyanın baş naziri Giorgia Meloni ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. İki lider Avropa və beynəlxalq gündəmdəki məsələləri dəyərləndirib.

Busaat.az xəbər verir ki, bu barədə İtaliya Baş Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamaya görə, Meloni ilə Makron baş tutan telefon danışığı səmimi keçib.

“Ukraynaya hərtərəfli dəstəyi təmin etmək istəyi, Avropa şirkətlərinin rəqabət qabiliyyətinin dəstəklənməsi məsələsi və Avropa İttifaqının sərhədlərinə effektiv nəzarət etməklə qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün Avropa miqyasında həll yollarının müəyyənləşdirilməsinin aktuallığı bir daha təsdiqlənib”, – deyə bəyanatda bildirilib.

Bəyanatda, həmçinin qeyd olunub ki, iki lider bu məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

İki lider ötən il oktyabrın 23-də, Meloni rəsmi olaraq İtaliyanın baş naziri vəzifəsinə başlayanda Romada qeyri-rəsmi cədvəl üzrə üz-üzə görüşüb.

Bu görüşdən sonra İtaliya-Fransa münasibətləri ötən ilin noyabrında gərginləşib, çünki İtaliya Aralıq dənizində qeyri-qanuni miqrantları xilas edən Avropa mərkəzli qeyri-hökumət təşkilatlarının gəmilərinə limanlarını açmayıb və bu gəmilərdəki qeyri-qanuni miqrantları evakuasiya edib.

Fransanın daxili işlər naziri Gerald Darmanin İtaliyanı “məsuliyyətli bir Avropa dövləti kimi davranmamaqda” günahlandırıb və Fransanın proqramı çərçivəsində İtaliyadan 3500 immiqrantın qəbulunu dayandırdığını açıqlayıb.

İtaliyanın baş naziri Giorgia Meloni Fransanın reaksiyasını “anlaşılmaz, ədalətsiz və aqressiv” adlandırıb.

İtaliya prezidenti Sercio Mattarella və Fransa prezidenti Emmanuel Makron arasında gərgin münasibətləri yumşaltmaq üçün noyabrın 14-də telefon danışığı olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90