İtaliyanın sabiq prezidenti Napolitano vəfat etdi

image-corcio-napolitanobackend

İtaliyanın sabiq prezidenti Corcio Napolitano Romada müalicə aldığı klinikada ötən gecə 98 yaşında dünyasını dəyişib.

Busaat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, 2006-2015-ci illər arasında prezident vəzifəsini icra edən Corcio Napolitano dünən axşam saatlarında paytaxtda bir müddət müalicə aldığı klinikada vəfat edib.

Napolitanonun vəfatından sonra prezident Sergio Mattarella başsağlığı verib.

​​”Onun ölümü məni dərindən kədərləndirir”, – Mattarella mesajda qeyd edib.

Baş nazir Giorgia Meloni də İtaliya hökuməti adından Napolitanonun ailəsinə başsağlığı verib.

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Napolitanonun ölüm xəbərini dərin hüznlə öyrəndiyini bildirib. “İtaliya üçün kritik vaxtlarda düzgün və vacib seçimlər edən şəxs”,- olaraq xarakterizə edib.

AB Komissiyasının sədri Ursula fon der Leyen də “X” platformasındakı yazısında Napolitanonun ölümünə yas tutduğunu bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90