Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.03 $▲5.81%
  • WTI neft90.96 $▲4.96%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.956 $▲0.82%
  • Qızıl4 071 $▼1.91%
  • Gümüş51.68 $▼2.67%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.50 ¢▼0.04%
  • Bitcoin76 040 $▲0.21%
  • Ethereum2 236 $▲0.12%
  • S&P 5007 354▼4.36%
10°Bakı
  • USD1.7000
  • EUR1.9023
  • 100 RUB2.0943
  • GBP2.2794
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6552
  • 100 KZT0.3751
  • UAH0.0372
  • 100 JPY1.0767
  • CHF2.0776
  • USD1.7000
  • EUR1.9023
  • 100 RUB2.0943
  • GBP2.2794
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6552
  • 100 KZT0.3751
  • UAH0.0372
  • 100 JPY1.0767
  • CHF2.0776
Gündəm

“Karantin rejiminin hava nəqliyyatına təsiri: “Əgər reyslərin sayı artırılmasa,..”

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Təyyarə ilə uçmaq istəyən vətəndaşlar koronavirusa yoluxmamaq haqqında arayış tələbinə və eləcə də getdikləri yerdə bəlli müddətdə özünütəcridə əməl etmək şərti ilə uçuşlardan istifadə edə bilərlər”.

Busaat.az xəbər verir ki, bunu Türkiyə daxil olmaqla, xeyli sayda ölkələrdə yerli uçuşların artıq bərpa olunmasına münasibət bildirən deputat Vüqar Bayramov bildirib.

Deputatın fikrincə, ölkəmizdə də daxili uçuşlardan paytaxt ilə Naxçıvan arasındakı hava əlaqəsi bərpa olunsa da, reyslərin az olması səbəbindən bu imkandan istifadə edənlərin sayı hələ də məhduddur:

“Bakıdan Naxçıvana uçuşlar həftədə 1 gün və ya 4 dəfə həyata keçirilir. Hər uçuş zamanı 100, həftə ərzində maksimum 400, ayda isə 1600 vətəndaşımız paytaxtdan Naxçıvana təyyarə ilə gedə bilir. Bizə olan müraciətlər göstərir ki, hazırda hər iki istiqamət üzrə getmək istəyənlərin sayı kifayət qədər çoxdur. İlkin qiymətləndirmələrə görə, ilk sərt karantin tətbiq olunduqdan sonra Bakıda qalan 6 mindən çox vətəndaşımız Naxçıvana getmək barədə müraciət edib”.

Vüqar Bayramova görə, ayda ən çox 1600 sərnişinin sözügedən uçuş xətlərindən istifadə etməsinin mümkünlüyünü nəzərə aldıqda, indi Bakıdan Naxçıvana getmək istəyən vətəndaşımızın bir qismi oktyabr və hətta noyabr ayı üçün yer sifariş etdirmək məcburiyyətində qalıblar:

“Əgər reyslərin sayı artırılmasa, bəzi vətəndaşlarımıza uçuş növbəsi 3-4 aydan sonra çatacaq. AZAL-ın təyyarə parkının imkanlarını nəzərə aldıqda uçuşların sayının və günlərinin ən azı iki dəfə artırılması məqsədəuyğun olardı. Təyyarə ilə uçmaq istəyən vətəndaşlar koronavirusa yoluxmamaq haqqında arayış tələbinə və eləcə də getdikləri yerdə bəlli müddətdə özünütəcridə əməl etmək şərti ilə uçuşlardan istifadə edə bilərlər. Bu, bir tərəfdən virusun yayılmasının qarşını alacaq, digər tərəfdən isə Bakı ilə Naxçıvan arasındakı hava nəqliyyatının mərhələli şəkildə tam bərpasına imkan yaradacaq”.

Gülay

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=13265