Kələxana türbələri təmizlik işləri aparılandan sonra – Fotolar

image-kelexanabackend

Şamaxı rayonu Kələxana kəndində yerləşən 4961 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Türbələr kompleksi”ndə (8 ədəd) Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional idarəsi tərəfindən təmizlik işləri aparılıb.

Busaat.az  xəbər verir ki, tarixi abidənin üzərində olan ot örtüyü təmizlənib, ətrafda səliqə-səhman yaradılıb.

Qeyd edək ki, “Türbələr kompleksi” bərpa edilməsi üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.

Xatırladaq ki, “Türbələr kompleksi” bir neçə gün öncə yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdü.

image-turbee image-df-2 image-samaxi image-turbeen

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki