Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilib.
Busaat.az modern.az-a istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclası bildirilib.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov iclasda çıxış edərək birinci yarımilin yekunlarına dair yerinə yetirilən tədbirlər barədə ətraflı məlumat verib.
Xatırladaq ki, K.Seyidov 1974-cü ildə İmişli rayonunda anadan olub. O, 2003-cü ildə “Azərbaycan Bayrağı” ordeni, 2014-cü ildə “Vətən uğrunda” medalı, 2016-cı ildə “İgidliyə görə” medalı ilə təltif edilib.
K.Seyidov İkinci Qarabağ müharibəsi zamanı Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri komandanının birinci müavini – qərargah rəisi olub.
Prezident İlham Əliyevin 2020-ci il noyabrın 20-də imzaladığı sərəncamla Vətən müharibəsinin komandirlərindən biri olmuş K.Seyidova general-mayor ali hərbi rütbəsi verilib.
Vətən müharibəsindəki rəşadətinə görə, ona Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
K.Seyidov həmçinin “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.
O, daha sonra Prezidentin müvafiq sərəncamına əsasən, Ordu birliyinin komandiri təyin olunmuşdu.
Kənan Seyidov komandan TƏYİN EDİLDİ
Loading...