Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib

image-kend-teserrufati-nazirliyinde-qanverme-aksiyasibackend

Kənd Təsərrüfatı Nazirliyində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.

Bu barədə Busaat.az-a nazirlikdən məlumat verilib.

Qanvermə aksiyası Kənd Təsərrüfatı Nazirliyinin və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə baş tutub.

Aksiyada Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, nazirliyin və tabeli qurumlarının əməkdaşları, Aqrar İnkişaf Könüllüləri iştirak edib.

Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki