Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.48 $▼0.38%
  • WTI neft88.50 $▼0.07%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.165 $▼2.01%
  • Qızıl3 885 $▼0.04%
  • Gümüş48.64 $▼0.98%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 305 $▲1.86%
  • Ethereum1 835 $▲3.79%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
İqtisadiyyat

Biləsuvarda “İnnovasiya festivalı və Toxum Satış Yarmarkası” keçirilib

image-foto5
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Biləsuvar rayonunda “İnnovasiya festivalı və Toxum Satış Yarmarkası” keçirilib.

Busaat.az-ın məlumatına görə, açılış tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Biləsuvar, Neftçala, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Lənkəran, Astara rayonlarının DAİM rəhbərləri və fermerlər, dövlət və özəl toxumçular, ictimaiyyətin nümayəndələri və rayon sakinləri iştirak edib.

Çıxış edənlər yarmarkanın əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin keçirdiyi yarmarka kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyaların fermerlər üçün əlçatanlığının təmin edilməsi məqsədilə təşkil olunub.

Sonra aqrar sahədəki innovativ məhsul, avadanlıq və texnologiyalar nümayiş etdirilib, kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma metod və texnologiyaları, gübrə, pestisid nümunələri və aqrar sahəyə məxsus digər məhsullar sərgilənib.

Tədbirdə fermerləri maraqlandıran suallar cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.image-foto1 image-foto2 image-foto3 image-foto4

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124404