Kərimdən baş verənlərlə bağlı İLK AÇIQLAMA: VİDEO YAYIMLADI

image-0fc48dd5-3d2d-4b77-85a1-0751041ba540jpg-1726136321backend

Xəbər verdiyimiz kimi, Sentyabrın 10-da məclislərin birində çıxış edən müğənni Kərim Abasov döyülüb. İddiaya görə, buna səbəb sənətçinin fonoqram oxuması olub. Məclisdəki şəxslər tərəfindən Abasov fiziki şiddətə məruz qalıb.

Busaat.az xəbər verir ki, sənətçi bir neçə dəqiqə əvvəl sosial şəbəkə vasitəsi ilə haqqında yayılan xəbərlərə münasibət bildirib.

Abasov iştirak etdiyi toyların birində çəkilən videosunu paylaşıb.  Görüntülərdə Kərimin rus dilində “Leyla” mahnısını canlı ifa etməsi yer alıb.

Beləcə müğənni haqqında yayılan “Məclisdə fonoqram oxuduğu üçün döyülüb” iddialarına son qoyub.

Qeyd edək ki, K.Abasov baş verən hadisədən sonra yerli özəl klinikalarının birinə yerləşdirilib. /olay.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki