Ukraynanın paytaxtı Kiyevdə 4 günlük hərbi müdafiə təlimləri keçiriləcək.
Busaat.az xəbər verir ki, bu barədə Kiyev meri “Telegram” kanalında məlumat yayıb.
“Kiyevin Darnitski rayonunda müdafiə hərəkətlərini yerinə yetirmək üçün hərbi təlimlər keçiriləcək. Təlimlərə Kiyevin müdafiə qüvvələri və vasitələri qrupunun bölmələri, şəxsi heyət, standart hərbi texnika və silahlar cəlb olunacaq. Manevrlərin məqsədi müdafiə əməliyyatının hazırlanması və keçirilməsi zamanı döyüş qabiliyyətini təkmilləşdirməkdir”, – məlumatda deyilir.