Koronavirusa yoluxanların sayı 300-ü keçdi

image-korona27backend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Busaat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 795 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 356 nəfər müalicə olunaraq sağalıb, 9 729 nəfər vəfat edib, aktiv xəstə sayı 1 410 nəfərdir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki