Kramarenko Azərbaycan millisindən ayrıldı

image-dkbackend

Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko yığmadan ayrılıb.

Busaat.az xəbər verir ki, o, bunu Rusiyanın “Sport24.ru” saytına açıqlamasında deyib. Moskva ÇSKA-sında da eyni işi görən Kramarenko artıq iki yerdə çalışmaq istəmədiyini deyib. O, bundan sonra yalnız klubda işləyəcəyini bildirib:

“Ötən gün bu məsələ ilə bağlı qərar verdim. Artıq yalnız ÇSKA-da çalışacam. Diqqətimi sırf klubdakı işimə yönəldəcəm. ÇSKA iki yerdə işləməyimin əleyhinə deyildi. 6 ay bu formada işlədim. Ancaq millidə prinsiplər və qaydalar fərqlidi.

Milli komanda mənim üçün əziz olaraq qalır. Azərbaycanda doğulub, böyümüşəm. İndi belə bir qərar verdik, amma hər an milliyə kömək etməyə şad olaram. Yəqin ki, bu, doğru qərardı. Klubda da çox sayda səyahət və məşqlər var, ancaq indi ailəmlə daha çox vaxt keçirirəm”.

Dmitri Kramarenko bu ilin yanvarından ÇSKA-da işləyir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90