Kreml meydan oxudu: “Bu torpaqlar əbədi olaraq Rusiyanın olacaq”

image-peskovbackend

 “Ölkəmiz bu gündən etibarən hüquqi ölçüdə böyüdü. Bu, çox vacibdir”

Busaat.az xəbər verir ki, bunu Moskvada jurnalistlərə açıqlamasında Vladimir Putinin Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrinin Rusiyaya ilhaqı ilə bağlı imzaladığı qərarlara diqqət çəkən Kremlin sözcüsü Dimitri Peskov deyib.

Rus ordusunun adı çəkilən bölgələrdə yerləşən bəzi yaşayış məntəqələrindən çıxmasını dəyərləndirən Peskov. “Burada heç bir ziddiyyət yoxdur. Bu torpaqlar əbədi olaraq Rusiyanın olacaq. Müəyyən yerlər geri alınacaq” – deyə, şərh edib.

Putinin “xüsusi hərbi əməliyyatın statusunun dəyişdirilməsi ilə bağlı” çıxış edəcəyi iddialarına toxunan Peskov, bu məsələ ilə bağlı heç bir qərar verilmədiyini və bu iddiaların yalan olduğunu bildirib.

“Şimal axını 1” və “Şimal axını 2” təbii qaz boru kəmərlərində baş verən partlayışlara toxunan Peskov, hadisə ilə bağlı istintaq prosesinə Rusiyanın da daxil edilməsinin vacibliyini vurğulayıb.

“Bu cür açıqlamalar dolayısı ilə və birbaşa olaraq ABŞ-ın bu məsələdə iştirakını təsdiqləyir. Bu, son dərəcə təhlükəli vəziyyət yaradır” – deyə, Krımın ABŞ-ın Ukraynaya verdiyi HIMARS raketləri ilə vurula biləcəyini dəyərləndirən Peskov əlavə edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90