Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.29 $▼0.03%
  • WTI neft91.23 $▲0.44%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)3.032 $▲1.13%
  • Qızıl4 138 $▲1.55%
  • Gümüş53.25 $▲2.51%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▲0.00%
  • Bitcoin74 842 $▲0.16%
  • Ethereum2 137 $▲0.58%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Lavrov Minsk Qrupunun dağıldığını AÇIQLADI

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun dağıldığını açıqlayıb. O bu barədə erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə fikir səsləndirib.  

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Lavrov bunu fransız və amerkalı partnyorlarının rusofob mövqeyi ilə əlaqələndirib:

“Bu qrupdakı fransız və amerikalı partnyorlarımız rusofob mövqe sərgiləyirlər.  Rusiya ilə bağlı hər şeyi ləğv etmək istəyirlər və bizimlə bu formatda əlaqə saxlamayacaqlarını söyləyirlər. Əgər Qarabağda və bütövlükdə Zaqafqaziyada münaqişələrin nizamlanma prosesində öz maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir” – Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri əlavə edib ki, Kreml Qrupdakı partnyorların bu yanaşmanı məsuliyyətsizlik sayır: “Bu addım bizi narahat etməyəcək. Biz Qarabağdakı vəziyyətin nizamlanmasına, Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli formatda əldə edilən bütün razılaşmaların həyata keçirilməsinə sadiqlik nümayiş etdirəcəyik. Əgər Fransa və ABŞ belə bir addım atmaq qərarına gəlibsə, o zaman Allah onları mühakimə edəcək” – Lavrov fikirlərini tamamlayıb.

KONKRET.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=74744