1826-cı ilin dekabrında Misirdə qazılaraq Varşavaya gətirilən mumiya uzun illər bağlı qalmışdı. Mumiyanı araşdırmaq qərarına gələn elm adamları gördüklərinə inana bilməyiblər. Düz 2000 ildir ana bətnində qalan dölü görən arxeoloqlar əvvəlcə buna anlam verə bilməyiblər.
Busaat.az Teleqraf.com-a istinadən xəbər verir ki, Misirdə aparılan araşdırmalar nəticəsində üzə çıxarılan və daha sonra Polşanın Varşava Universitetinə təhvil verilən mumiya ilə bağlı önəmli kəşfə imza atılıb.
Uzun illər xalq arasında “lənətlənmiş” adlandırılan mumiyanı açmağa qərar verən elm adamları qarşılarında gördükləri mənzərədən şoka düşüblər.
Elm adamları mumiyanın qarnını yoxlayanda döl tapıblar. 28 həftəlik (7 aylıq) olduğu bildirilən dölün tam 2000 yaşında olduğu məlum olduqdan sonra arxeoloqlar dərhal bunun səbəbini araşdırmağa başlayıblar.
Ananın mumiyalandığı zaman körpənin olduğu nahiyədə duzlama aparıldığı və dölün 2000 il qadının bətnində toxunulmaz qaldığı müəyyən edilib. Qadının necə öldüyü hələlik məlum deyil.