Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin açılışında iştirak etdi – Fotolar

image-d05b8d5d-f913-46bd-8878-bdff56a2d62abackend

Bu gün IDEA İctimai Birliyinin tərəfindən həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.

Busaat.az xəbər verir ki, yenilənmiş həyət paytaxtın, Xətai rayonu, Məzahir Rüstəmov küc 9, 11, 13, 17 ünvanında yerləşir və 2300 sakinin yaşadığı məhəlləni əhatə edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları qurulub, futbol, basketbol, şahmat meydançası və uşaq meydançaları salınıb, velosiped yolu çəkilib. Həyətin ərazisində 13 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, yeni su xətti çəkilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 600 ədəd ağac əkilib.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələr IDEA İctimai Birliyinə təqdim edilə bilər.

 

6c0dd3b3 27b2 4d83 b4b7 c454c94090f3
728163eb dd3c 4853 9111 15b7be3fad8b
1e66efa4 70d9 4923 acca ca052a566d43
a417d920 bbda 4743 8fb1 699190fdd497
b28a6ecf f130 4f9c 9303 469b5ff94452
df8a9389 d66d 4025 b153 70a016627c35
f4fed287 456a 4f18 aaf2 d34650fa7bbd
f7db7fa0 1aec 4b81 8916 73aacf1ae7a9
WhatsApp Image 2021 10 11 at 19.06.47
WhatsApp Image 2021 10 11 at 19.06.49
WhatsApp Image 2021 10 11 at 19.06.49 2
WhatsApp Image 2021 10 11 at 19.06.50 1
WhatsApp Image 2021 10 11 at 19.06.50 3
WhatsApp Image 2021 10 11 at 19.06.50 4
WhatsApp Image 2021 10 11 at 19.06.51
WhatsApp Image 2021 10 11 at 19.06.51 1
WhatsApp Image 2021 10 11 at 19.06.51 2

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki