Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 088 $▼1.66%
  • Ethereum1 902 $▼1.33%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İdman

"Lion`la üz-üzə gəlmək mənim üçün xüsusidir" - Benzia

image-39aeae54-ed94-320e-9328-511523780372_850jpg-1732627912
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu komanda ilə üz-üzə gəlmək mənim üçün xüsusidir.

Busaat.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Yassin Benzia Avropa Liqasında Fransanın “Lion” klubuna qarşı keçirəcəkləri matçla bağlı “Leprogres”ə müsahibəsində deyib.

30 yaşlı yarımmüdafiəçi sabiq komandasını daim izlədiyini bildirib:

“Lion”a ən yaxşısını arzulayıram. Amma cümə axşamı yox”.

Benzia Azərbaycan çempionunun Avropada böyük klublara qarşı mübarizə apardığını vurğulayıb:

“Liqa mərhələsinin püşkatması zamanı televizor qarşısında idim və bizə Fransa təmsilçisinin rəqib olmasını istəyirdim. “Lion”la qarşılaşmaq isə yaxşı oldu. Mən futbolçular Korenten Tolisso, Aleksandr Lyakazett, stüard Jerom Renaud, fizioterapevt Abdel Redissini görəcəyəm”.

Yassin Benzia 2011-2015-ci illər aralığında “Lion”un formasını geyinib. Bu, əlcəzairli futbolçunun peşəkar karyerasında ilk komandası olub.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək “Qarabağ” – “Lion” oyunu saat 21:45-də start götürəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=153722