
Liviyanın şərqində daşqın nəticəsində 2 nəfər ölüb
Liviyanın şərqində müxtəlif bölgələrdə əmələ gələn sel fəlakəti nəticəsində 2 nəfər həyatını itirib.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin Milli Birlik Hökumətinin sözçüsü Muhammed Hamude “Liviya əl-Əhrar” televiziyasına müsahibəsində deyib.
Hamude bildirib ki, əlverişsiz hava şəraitindən ən çox təsirlənən bölgələr ölkənin şərqindəki “Sahil Cebel əl-Ahdar” və “Tukra”dır.

Baş nazir Əbdülhəmid Dibeybe də müxtəlif xidmət şirkətlərinə və təhlükəsizlik qurumlarına sel fəlakəti ilə əlaqədar müvafiq orqanlara lazımi dəstəyi göstərmək üçün şərq bölgəsinə öz qruplarını göndərmələri barədə göstəriş verib.
Liviyanın şərqindəki səlahiyyətlilər Mərkəzi Aralıq dənizində təsirli olan “Daniel” fırtınası səbəbilə bütün dövlət və özəl təhsil müəssisələrində dərslərin dayandırılması, mağazaların bağlanması və komendant saatı da daxil olmaqla, bir sıra tədbirlər görüb.
Əlverişsiz hava şəraiti Liviyanın Benqazi, Beyda, Merac, Susa və Derna şəhərlərinə də təsir edib.



















