Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 327 $▼0.55%
  • Ethereum2 332 $▼1.00%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
İqtisadiyyat

Macarıstan və Rumıniya Azərbaycanla elektrik enerjisi müqaviləsi imzalayacaq

image-enerji

Macarıstan, Rumıniya, Gürcüstan və Azərbaycan liderləri Avropa İttifaqı üçün yeni enerji mənbəyinə çevrilə biləcək sualtı elektrik birləşdiricisi haqqında saziş bağlamaq üçün şənbə günü Rumıniyanın paytaxtında görüşməyi planlaşdırırlar.

Busaat.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Bertalan Havasinin mətbuat attaşesi deyib.

Saziş Qara dənizin dibi ilə Azərbaycanı Gürcüstan və Rumıniya vasitəsilə Macarıstana birləşdirəcək kabel xəttinin çəkilməsini nəzərdə tutur.

Havasi Associated Press-ə təsdiqləyib ki, Orban müqaviləni imzalamaq üçün şənbə günü Buxarestə getmək niyyətindədir.

Macarıstanın MTI xəbər agentliyinin məlumatına görə, mərasimdə Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə yanaşı Orban, Rumıniya prezidenti Klaus İohannis, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Azərbaycan prezidenti İlham Əliyev iştirak edəcək.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto avqustda bildirib ki, Azərbaycan tezliklə “böyük həcmdə yaşıl elektrik enerjisi” istehsal edəcək və Macarıstan interkonnektor layihəsinə imza atacaq.

Szijjarto bildirib ki, layihə üç-dörd il ərzində tamamlana bilər və enerji təchizatının şaxələndirilməsi və bu, karbon neytrallığı məqsədlərinə nail olmaq istiqamətində mühüm addım olacaq.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul