Magistral yolda ov quşları satan şəxslər saxlanıldılar

image-qusbackend

Qeyri-qanuni yollarla əldə edilmiş vəhşi heyvan, quş ətinin satışı, istifadəsinin qarşısının alınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən monitorinqlər keçirilib.

Busaat.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədovun “Qafqazinfo”ya verdiyi mlumata görə, monitorinq zamanı Masallı-Lənkəran magistral yolunun kənarında ov məhsullarının satışını həyata keçirən şəxslər saxlanılıb.

B.Məhəmmədov bildirib ki, araşdırma zamanı onların Lənkəran rayonu, Şirinquyu kənd sakini Elməddin Niftullayev, Qumbaşı kənd sakinləri Emin Əliyev və Samir Musayev olduğu məlum olub:

“Faktla bağlı qanun pozucularından ümumilikdə 10 baş çöl quşu götürülüb. Hazırda monitorinqlər davam edir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki