Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.25 $▲6.05%
  • WTI neft91.20 $▲5.24%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.952 $▲0.68%
  • Qızıl4 098 $▼1.25%
  • Gümüş51.83 $▼2.38%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.25 ¢▼0.08%
  • Bitcoin75 872 $▼5.67%
  • Ethereum2 234 $▼7.78%
  • S&P 5007 354▼4.36%
15°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Gündəm

Mahmud Kaşqari adına Beynəlxalq Fond şəhid Ramazan Göydağlının xatirəsinə həsr olunmuş film təqdim edib

image-17380915021932518467_1200x630
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Vətən müharibəsi şəhidi Ramazan Göydağlının xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, bu, Mahmud Kaşqari adına Beynəlxalq Fondun 44 günlük Vətən müharibəsində şərəfli yol keçmiş Vətən oğullarına həsr olunmuş xatirə kitabı, “Cəbhə gündəlikləri” memuarı və silsilə portret filmləri layihəsi əsasında baş tutub.

Məqsəd gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, gənclərə milli-mənəvi dəyərlərimizin təbliği, Vətənə sevginin ideal nümunəsi kimi şəhidlərin örnək həyatını işıqlandırmaq, kitab səhifələrində, film kadrlarında əbədiləşdirməkdir. Layihənin rəhbəri Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyevdir. Filmin ithaf olunduğu qəhrəman Ramazan Əbülfət oğlu Əliyev Naxçıvanda Culfa rayonunun Kırna kəndində dünyaya göz açıb. “Göydağlı” ləqəbi ona hərbidə olduğu vaxt nümunəvi xidmətlərinə görə Ordubad rayonunun Nürgüt kəndindəki Göydağ dağının şərəfinə verilib. 2016-cı ildə hərbi xidmətini bitirdikdən sonra Ramazan Türkiyə və Qazaxıstanda geniş təcrübə keçib. Vətən müharibəsi başlayan vaxt Ramazan MAHHXHQ kimi döyüşlərə və hərbi əməliyyatlara qoşulub. Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda gedən döyüşlərdə hərbi tapşırıqları ən yüksək səviyyədə yerinə yetirib. O, 28 oktyabr 2020-ci ildə Xocalı rayonunun Çanaqçı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik məqamına ucalıb.

Ramazan Göydağlı ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=157330