Malavi prezidenti dərhal xilasetmə əməliyyatı ilə bağlı əmr verdi

image-e4a4836c-93d3-46aa-9b5b-284377e25262backend

Malavi prezidenti Lazarus Çakvera ölkənin vitse-prezidentini daşıyan qəzaya uğramış helikopterin axtarışı üçün dərhal xilasetmə əməliyyatına başlamağı əmr edib.

Busaat.az xəbər verir ki, bu barədə hökumətin saytı məlumat yayıb.

Məlumata görə, Müdafiə Qüvvələrinin rəisi hadisə ilə bağlı Çakveranı məlumatlandırıb, prezident Baham adalarına planlaşdırılan gedişini ləğv edib.

Bildirilib ki, o, bütün regional və milli hakimiyyət orqanlarına təyyarənin yerini tapmaq üçün təcili axtarış-xilasetmə əməliyyatı keçirməyi tapşırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki