Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.96 $▲6.81%
  • WTI neft91.76 $▲5.89%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.980 $▲1.64%
  • Qızıl4 052 $▼2.36%
  • Gümüş51.46 $▼3.08%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.25 ¢▼0.75%
  • Bitcoin75 661 $▼0.40%
  • Ethereum2 230 $▼0.23%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Son dəqiqə

"Maliyyə naziri Samir Şərifovun yeri Səlim Müslümovun yanında olmalıdır" - İqtisadçı

image-pensiya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Maaş, pensiya və müavinətlər artmayacaq, əksinə vergilər, rüsumlar və cərimələr qaldırılacaq”.

Busaat.az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin fəaliyyətini dəyərləndirən iqtisadçı Qubad badoğlu deyib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi öz fəaliyyəti ilə büdcənin talanmasına yol açır və Maliyyə naziri Samir Şərifov bu vəziyyətə görə cavab verməlidir:

“Hər il birəfəlik təyinatlı xərclər adı ilə bölüşdürülməyən vəsaitlər üzərində son təyinatı icra hakimiyyəti sərbəst müəyyənləşdirir, parlamentlə razılaşdırmadan kimə və harasa istədiyi qədər pul ayırır. Parlament Hesablama Palatasının rəyinə əsasən icra büdcəsinin qəbulunu səs verməməlidir, amma əksini edir. Ötən ilin dövlət büdcəsində bölüşdürülməmiş (birdəfəlik təyinatlı) xərclər üzrə 5225,1 milyon manat vəsait nəzərdə tutulub. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə əsasən onun yalnız 257 milyon manatı Dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilib. Bəs yerdə qalan 4968,1 milyon manatı necə olub, hara xərclənib, kim xərcləyib?!

Hesabalama Palatası rəyində qeyd olunur ki, onun 97,8 faizi və ya 4858,7 milyon manat sonradan müəyyən edilmiş təyinat üzrə xərclənib. Lakin bu vəsaitin hansı əsasla və nəyə görə xərclənməsi suallarını parlament Maliyyə Nazirliyi qarşısında qaldrmayıb. Maliyyə naziri Samir Şərifovun yeri Səlim Müslümovun yanında olmalıdır. O talanan büdcəyə görə əvvəl-axır cavab verəcək. Dövlət büdcəsinə yığılan pullar xalqın sərvəti olan neft-qaz satışından əldə edilən gəlirlərdən, istehlakçıların və biznesin ödədiyi vergilərdən, rüsumlardan, cərimələrdən formalaşır. Öz pulunun qədrini bilməyən, onu korrupsionerlərin idarəçiliyinə verən xalq ac-yalavac qalmağa, yoxsulluq və səfalət içində yaşamağa məhkumdur. Heç nə gözləməyin”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=51037