Bu gün Çempionlar Liqasında 2022/2023 mövsümünün final oyunu keçirilib.
Qol.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” klubları üz-üzə gəlib. Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçirilən görüş “Mançester Siti”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə “şəhərlilər” tarixlərində ilk dəfə ÇL-in qalibi olublar.
Xatırladaq ki, ÇL-in 2021/22 mövsümündəki qalibi “Real” idi.
10 iyun
Çempionlar Liqası, final
23:00. “Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya) – 1:0
Qol: Rodri, 68 (1:0)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu