“Mançester Siti”nin sabiq üzvü Azərbaycan klublarına təklif OLUNUB

image-1723876111_fbf2a85fe2b751baa8307809ffc5cc1d1-jpgjpg-1723880869backend

Stefan Yovitiç karyerasını Azərbaycanda davam etdirə bilərmiş.

Busaat.az xəbər verir ki, monteneqrolu hücumçu 2 Premyer Liqa klubuna təklif olunub.

34 yaşlı forvard hazırda azad agentdir. Menecerləri onu “Sabah” və “Neftçi”yə təklif edib. Lakin hücumçunun maaşının yüksək, yaşının çox olması paytaxt təmsilçilərinin bu keçidə isti baxmamasına səbəb olub.

Qeyd edək ki, Yovitiç “Partizan”, “Fiorentina”, “Mançester Siti”, “İnter”, “Sevilya”, “Monako”, “Herta” (Berlin), “Olimpiakos” kimi klublarda çıxış edib. Offsideplus.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki