Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.63 $▼0.19%
  • WTI neft101.96 $▲0.61%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.025 $▼1.27%
  • Qızıl4 071 $▲0.36%
  • Gümüş53.93 $▼0.34%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 290 $▲0.61%
  • Ethereum2 363 $▲0.68%
  • S&P 5007 744▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

Maşın almaq istəyənlərə bəd xəbər — Apreldən qaydalar dəyişir

image-masini
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Tbilisi avtomobil idxalı ilə bağlı qaydaları sərtləşdirməyə hazırlaşır və bu qərar Azərbaycanın maşın bazarına da təsirsiz ötüşməyəcək. Yeni təşəbbüsə görə, 6 ildən köhnə minik avtomobillərinin ölkəyə gətirilməsi və ilkin qeydiyyatı qadağan edilə bilər. Gürcüstan tərəfi bunu ekoloji vəziyyətin yaxşılaşdırılması və avtomobil parkının yenilənməsi ilə izah edir. Lakin bu addım regionda, xüsusən də Gürcüstan üzərindən üçüncü ölkələrə maşın aparan sahibkarların işini çətinləşdirir.

Busaat.az Demokrat.az-a istinadla xəbər verir ki, Azərbaycan bazarı üçün əsas məsələ qadağanın hansı formada tətbiq olunacağıdır. Uzun illərdir ABŞ və digər ölkələrdən alınan avtomobillərin böyük hissəsi Gürcüstan limanları vasitəsilə gətirilir. Əgər 6 ildən köhnə maşınların ölkə ərazisinə girişi tamamilə yasaqlanarsa, bu halda 7 yaşlı və daha köhnə avtomobillərin tranziti texniki cəhətdən dayana bilər. Belə olan halda gömrük və rəsmiləşdirmə mexanizmi işləməyəcək ki, bu da daşınma zəncirini qırır.

Digər ehtimal isə məhdudiyyətin yalnız Gürcüstanda daxili qeydiyyata şamil olunmasıdır. Bu ssenaridə avtomobil ölkə daxilində istismara buraxılmasa da, tranzit və ya reeksport qaydası ilə Azərbaycana göndərilə bilər. Əgər bu mexanizm saxlanılarsa, köhnə avtomobillərin Gürcüstan bazarında satışı bitsə də, bizim bazara yönələn axın tam kəsilməyəcək.

Hazırda əsas sual qadağanın texniki tətbiq qaydasıdır. Məhdudiyyət sadəcə qeydiyyatla bitəcək, yoxsa fiziki olaraq ölkəyə girişi də əhatə edəcək? Qərarın yekun mətni dəqiqləşdikdən sonra həm fərdi alıcılar, həm də şirkətlər üçün vəziyyət aydınlaşacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180423