Məzmuna keç
  • Azeri Light122.28 $▼2.18%
  • Brent neft111.67 $▼0.36%
  • WTI neft102.77 $▼0.39%
  • Avropa qazı (TTF)97.51 €▼1.36%
  • Təbii qaz (ABŞ)2.890 $▼0.24%
  • Qızıl4 002 $▼0.05%
  • Gümüş51.03 $▼0.59%
  • Pambıq78.52 ¢▲0.33%
  • Buğda604.50 ¢▼0.37%
  • Bitcoin78 462 $▲0.86%
  • Ethereum2 246 $▼0.12%
  • S&P 5007 720▼0.36%
16°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157

"Maskadan istifadə etməyən şəxslər 500 manat cərimələnsin" - Ekspertdən təklif

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Maskanı çənəsinin üzərində saxlayanlar cərimələnməlidir”.

Busaat.az xəbər verir ki, bunu yoluxma hallarının qarşısını almaq üçün atılması vacib olan addımlara toxunan həkim-ekspert Nazir Allahverdiyev bildirib.

Nazir Allahverdiyevə görə, yoluxma hallarının artmasında buraxılan səhvlərin təkcə vətəndaşın üstünə atılması doğru addım deyil. Çünki karantin qaydaları yumşalandan sonra nəzarət mexanizmi demək olar ki, işləmədi:

“Ona görə də həmin həssas məqamda buraxılan səhvlərlə bağlı Operativ Qərargah təlimat hazırlamalı v əmaarifləndirmə işinə start verilməlidir:

“Marketlərə giriş məhdud sayda növbəli şəkildə olmalıdır. Marketlərin qarşısında sıxlığın yaranmaması üçün işçi qüvvəsinin məsafəni qorumağına nəzarət edilməlidir. Bu qayda qapalı ticarət mərkəzlərində də tətbiq olunmalıdır. İçəri daxil olan şəxslər 3 saatdan artıq qalmamalı və buna müntəzəm nəzarət olunmalıdır.

Həmçinin yas mərasimlərinə aidiyyatı qurumların nəzarəti həyata keçirilməlidir. Kafe və restoranlar üçün təlimatlar hazırlanmalı və müştərilərin qəbulu zamanı masalar arasında məsafə qoyulmalıdır. Bu qaydanı pozanlar isə ciddi şəkildə cəzalandırılmalıdır”.

Ekspertin fikrincə, ictimai nəqliyyatla bağlı zərurət yarandıqda avtobusların sayı artırılmalı və sərnişinlərin sayı məhdud sayda olmalıdır:

“Bazarların və insanların sıx toplaşdığı digər məkanlarda satıcıdan tutmuş alıcaya qədər maskadan istifadə məcburi olmalıdır.

Əgər bu qaydalara nəzarət tam şəkildə uyğulanmasa, karantinin adı elə karantin olaraq qalacaq. Hər kəs özü fərdi olaraq məsuliyyətini dərk etməlidir”.

Gülay

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=11524