Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.39 $▼1.97%
  • WTI neft86.45 $▼2.14%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.134 $▼0.76%
  • Qızıl3 861 $▼0.23%
  • Gümüş46.92 $▼0.85%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda600.00 ¢▲2.26%
  • Bitcoin64 832 $▼0.74%
  • Ethereum1 825 $▼0.52%
  • S&P 5007 467▼1.25%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Maştağada azyaşlıların düşdüyü quyu SOCAR-a məxsusdur? - RƏSMİ CAVAB

image-1468278
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, ötən gecə Maştağa qəsəbəsinin Xanlar massivində iki azyaşlı uşaq, 10 yaşlı Ağa Rəhimov və Hüseyn Qasımov dərinliyi təxminən 45-50 metr olan mazut və çirkab sularla dolu quyuya düşərək ölüblər.

Busaat.az xəbər verir ki, sosial şəbəkələrdə iddia edilir ki, həmin quyu SOCAR tərəfindən qazılıb. Qeyd edilir ki, həmin ərazidə bu formada quyular var, nəzarətsiz qalıblar və üstləri açıqdır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən SOCAR-dan bildirilib ki, yayılan iddialar doğru deyil: “Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir Xanlar yaşayış massivində baş vermiş bədbəxt hadisə ilə bağlı sorğunuza cavab olaraq bildiririk ki, həmin ərazi və ərazidə yerləşən quyular Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) balansında deyil. Dünyasını dəyişən azyaşlıların valideynlərinə dərin hüznlə başsağlığı veririk”, – deyə məlumatda qeyd edilib.

Maştağada uşaqlar bu quyuya düşüb -

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110101